Ukrayna ordusunun azad etdiyi ərazilər açıqlandı

Ukrayna ordusunun azad etdiyi ərazilər açıqlandı
Gündəm 01 Aprel 2022 16:24

Ukraynada son sutkada 28 yaşayış məntəqəsi işğaldan azad edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukrayna Ordusu Demidiv, Dımer, Litvınovka, Qavrilovka, Kozarovıçi, Jovtneve, Qlıbovka, Yasnoqorodka, Talakun, Sukoluççya, Lipivka, Qavronşina, Makovışe, Nikolayevka, Xmilna, Rudnya, Şevçenko, Bobrik, Starıy Basan, Nova Basan, Makiyevka, Poqrebi, Bajanovka, Volodimirovka, Şnyakovka, Salne, Sofiyevka, Qavrilovka yaşayış məntəqələrini işğaldan azad edib.