Bu xanım AZAL-a idarə rəisi təyin olundu

Bu xanım AZAL-a idarə rəisi təyin olundu
Gündəm 14 Sentyabr 2023 12:21

Azərbaycan Hava Yolları QSC-də (AZAL) yeni təyinat olub.

Sitat.info xəbər verir ki, Aysel Süleymanova AZAL-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, A.Süleymanova bundan əvvəl beynəlxalq “PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin “AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir.