Səfirimiz türkiyəli naziri ziyarət etdi

Səfirimiz türkiyəli naziri ziyarət etdi
SİYASƏT 13 Sentyabr 2023 19:40

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoyu ofisində ziyarət edib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi X səhifəsində paylaşım edib.

Tərəflər ölkələr arasında mədəni əməkdaşlığın inkişafı və turizm potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.