Biləcəridə uşaqlara narkotiki bu cür təklif edirlər – Video

Biləcəridə uşaqlara narkotiki bu cür təklif edirlər – Video
Gündəm 13 Sentyabr 2023 15:28

Biləcəridə məhəllələr arasında gəzən kuryerlər azyaşlı uşaqlara narkotik təklif edirlər.

Sitat.info xəbər verir ki, görüntülərin sentyabrın 9-da Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, "Ploşad" (Meydan) adlanan ərazidə qeydə alındığı bildirilib. Səs qeydi də olan görüntülərdə gəncin təklif etdiyi məhsulun məhz narkotik olduğu da vurğulanır.

İddia edilib ki, narkotik satan yeniyetmə və gənclərin əksəriyyəti narkomandır.