Dünyada 333 milyon uşaq dəhşətli yoxsulluq məngənəsindədir: UNICEF
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) məlumatına görə, 333 milyon uşaq, dünya uşaq əhalisinin təxminən hər 6-dan 1-i həddindən artıq yoxsulluq içində yaşayır.
Hesabatda gündə 2,15 dolların altında yaşayan və "həddindən artıq yoxsulluq" həddində sayılan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər 13 faiz azalaraq 383 milyondan 333 milyona düşdüyünə diqqət çəkilib.
Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu tempin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə çata bilməyəcəyi qeyd edilib.
Hesabatda qeyd olunub ki, uşaq yoxsulluğunun ən böyük yükü Sahara-altı Afrika bölgəsinə düşür, dünyadakı "həddindən artıq yoxsul" uşaqların 40 faizi bu bölgədədir.
Hesabata görə bu bölgədə 2013-cü ildə uşaqların 54,8 faizi yoxsul idisə, 2022-ci ildə bu rəqəm 71,1-ə yüksəlib. a UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritet hesab etməyə çağırıb.
Məğrur,
Sitat.info