Bakıdan Minskə müntəzəm aviareyslər açılır

Bakıdan Minskə müntəzəm aviareyslər açılır
Gündəm 12 Sentyabr 2023 20:00

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

Sitat.info xəbər verir ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri QSC-nin internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.