Polşa rekord sayda HİMARS alır

Polşa rekord sayda HİMARS alır
Dünya 12 Sentyabr 2023 10:14

Polşa ABŞ-dan 486 ədəd HİMARS reaktiv yaylım atəşi sistemləri alır.

Sitat.info xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

Müdafiə naziri qeyd edib ki, hökumət artıq müvafiq sazişi təsdiqləyib:

"Amerika sözügedən sistemlərin tədarükünə 2025-ci ilin sonunda başlayacaq. İşğalçının qarşısını almaq üçün Polşaya məhz bu qədər qurğu lazımdır".