Bu başçı da müavinini işdən çıxardı

Bu başçı da müavinini işdən çıxardı
Gündəm 11 Sentyabr 2023 15:32

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən azad olunub.

Sitat.info xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.