Bu ölkədən Qarabağdakı qondarma "seçkilər"ə reaksiya

Bu ölkədən Qarabağdakı qondarma \"seçkilər\"ə reaksiya
Gündəm 09 Sentyabr 2023 18:20

Moldova Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da keçirilmiş qondarma “seçkiləri” tanımır, çünki onlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ziddir.

Sitat.info xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilib.

“Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqləyir”, - XİN-in bəyanatında bildirilib.