ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da genişləndirib
SİYASƏT 31 Mart 2022 22:00

ABŞ Maliyyə Departamenti Rusiyaya qarşı sanksiya siyahısına daha 13 fərdi şəxsi və 21 təşkilatı salıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının aerokosmik, dənizçilik, elektronika sahələrini əhatə edən rəsmi şəxslərə şamil olunur.

Həmin tədbirlər Putinin Ukraynaya qarşı hərbi müdaxiləsinni dəstəkləyən sektorların imkanlarını məhdudlaşdırmaq üçün görülən irimiqyaslı işlərin bir parçasıdır.