Ölən erməni əsgərin atası həbs olundu

Ölən erməni əsgərin atası həbs olundu
Gündəm 08 Sentyabr 2023 15:39

44 günlük müharibədə ölən erməni əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan saxlanılıb.

Sitat.info xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

“Bəli, bunu təsdiqləyirəm, vəziyyətlə bağlı məlumat verəcəyik”, - o bildirib.

Qeyd edək ki, mətbuatda ölən hərbçinin atasının saxlanması ilə bağlı müxtəlif versiyalar tirajlanıb. Bildirilir ki, o, avtomobildə silah saxladığı üçün saxlanılıb.