Makron: Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.
Sitat.info xəbər verir ki, Makron "L'Equipe" qəzetinə verdiyi açıqlamada 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı açıqlamalar verib.
“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”, - deyən Makron, bildirib ki, Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur.
Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi şəkildə iştirak etmək qərarı Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.
Seymur Bənnayev
Sitat.info