Ərdəbildə tarixi abidə məhv olur

Ərdəbildə tarixi abidə məhv olur
Gündəm 07 Sentyabr 2023 16:27

Ərdəbil şəhərində Elxani dövründə inşa edilən tarixi "Mənsuriyyə" hamamı yox olmaq üzrədir.

Sitat.info xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

Onların sözlərinə görə, ötən ilin iyul ayında baxımsızlıq ucbatından bir hissəsi uçan abidənin bərpası üçün tədbir görülmür.

Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatı abidənin bərpa edilməməsinin səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib.