ABŞ hipersəs silahının sınağından imtina etdi

ABŞ hipersəs silahının sınağından imtina etdi
Gündəm 07 Sentyabr 2023 15:00

Pentaqon ABŞ-ın ilk hipersəs raketinin sınaq buraxılışını keçirməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Hipersəs texnologiyamızın inkişafı haqqında məlumat vermək üçün Florida ştatının Kanaveral burnunda sınaqlar keçirməyi planlaşdırırdıq, lakin ilkin yoxlamalardan sonra buraxılış ləğv edildi”, - məlumatda deyilib.

Pentaqon raket buraxılışın ləğvinin konkret səbəbini açıqlamayıb.