ABŞ yoxsul ölkələrə iqlim kompensasiyası ödəməyəcək

ABŞ yoxsul ölkələrə iqlim kompensasiyası ödəməyəcək
Dünya 06 Sentyabr 2023 21:15

ABŞ-ın İqlim üzrə xüsusi elçisi Con Kerri bildirib ki, ABŞ inkişaf etməkdə olan ölkələrə “iqlim dəyişikliyinə görə təzminat” ödəməyəcək.

Sitat.info xəbər verir ki, ABŞ-ın İqlim üzrə xüsusi elçisi Con Kerri Keniyanın paytaxtı Nayrobidə keçirilən Afrika İqlim Sammiti zamanı keçirdiyi mətbuat konfransında ölkəsinin heç bir halda təzminat ödəməyi qəbul etmədiyini bildirib.

“The Daily Nation” qəzetinin xəbərinə görə, Kerri dünyanın ən çirkli ölkələri siyahısında birinci yerdə olan ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə “itki və zərər” mexanizmini dəstəklədiyini, lakin bunun cəza üsulu kimi qəbul edilməməsinin lazım olduğunu ifadə edib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info