Rusiya: Ukraynadakı təxribat qruplarının təlim bazasını vurduq

Rusiya: Ukraynadakı təxribat qruplarının təlim bazasını vurduq
Gündəm 06 Sentyabr 2023 20:58

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi diversiya qruplarının təlim bazasını uzaqmənzilli raketlərlə vurduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlik Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib.

Rusiya Aerokosmik Qüvvələrinin bəzi hədəflərə hücum etdiyinə dair məlumatların yer aldığı açıqlamada deyilir: “Rusiya Aerokosmik Qüvvələri bu gecə Ukraynanın təxribat qruplarının təlim bazasına yüksək dəqiqlikli uzaqmənzilli silahlarla qrup hücumu həyata keçirib. S Hədəflər vuruldu. Hücum məqsədinə çatdı".

Seymur Bənnayev

Sitat.info