Bu il Qarabağda nə qədər şagird təhsil alacaq?

Bu il Qarabağda nə qədər şagird təhsil alacaq?
Gündəm 06 Sentyabr 2023 16:45

Yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək.

Sitat.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.