Slovakiya burada "Ağıllı kənd" yaradacaq

Slovakiya burada \"Ağıllı kənd\" yaradacaq
Gündəm 05 Sentyabr 2023 18:59

Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.

Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib.