Ermənilərə məxsus PUA ələ keçirildi - Video

Ermənilərə məxsus PUA ələ keçirildi - Video
Gündəm 02 Sentyabr 2023 18:45

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Sitat.info xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.