QMİ-yə 1 milyon manat ayrıldı

QMİ-yə 1 milyon manat ayrıldı
Gündəm 01 Sentyabr 2023 19:45

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.