Hakan Fidan Sergey Şoyqu ilə görüşdü

Hakan Fidan Sergey Şoyqu ilə görüşdü
Gündəm 01 Sentyabr 2023 18:21

Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında görüş baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Tərəflərin Moskvada taxıl sazişi və Suriyadakı ortaq fəaliyyətlə bağlı məsələləri müzakirə etdiyi bildirilib.

Əlavə məlumat verilmir.