Ərdoğanın Rusiya səfərinin vaxtı açıqlandı

Ərdoğanın Rusiya səfərinin vaxtı açıqlandı
SİYASƏT 31 Avqust 2023 14:56

Mənbə bildirib ki, Ərdoğanın Putinlə görüşü sentyabrın 4-də Soçidə planlaşdırılır.

Sentyabrın 4-də Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə məlumat verib.

“Hələlik görüşün sentyabrın 4-də keçirilməsi planlaşdırılır”, - mənbə bildirib.

Türkiyə hakimiyyəti Ərdoğanın Rusiyaya səfərinin rəsmi tarixini hələlik açıqlamayıb. Bundan əvvəl TASS diplomatik mənbəyə istinadən sentyabrın 4-də Soçidə Ərdoğanla Putinin görüşünün mümkünlüyü barədə məlumat yayıb.

Çərşənbə günü Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml yaxın günlərdə Ərdoğanın Rusiyaya səfərinin vaxtını rəsmən açıqlayacaq.

Məğrur,

Sitat.info