Paris merinin həyasızlığı: "Bu gün "artsax"da baş verənlər soyqırıma bənzəyir"

Paris merinin həyasızlığı: \"Bu gün \"artsax\"da baş verənlər soyqırıma bənzəyir\"
Gündəm 30 Avqust 2023 15:43

“Biz Fransa prezidentinə müraciət edirik ki, Fransanın BMT Təhlükəsizlik Şurasındakı təsirindən istifadə edərək, "artsax" xalqının hüquqlarına hörmət etmək məqsədilə qətnamə qəbul etsin.

Sitat.info erməni nəşrinə istinadən xəbər verir ki, bu sözləri Parisin meri Ann İdalqo bu gün Qarabağ terrorçularının rəhbəri  Arayik Arutunyanla onlayn keçirilən birgə mətbuat konfransında deyib.

Paris meri həyasızcasına baş verənləri "soyqırım" adlandırıb:

'Biz beynəlxalq hüquqa hörmət etməyə çağırırıq, "artsax" erməniləri onların iradəsinə zidd olaraq blokadadadırlar, blokada beynəlxalq hüquqa və 2020-ci il atəşkəs bəyannaməsinə zidd olaraq həyata keçirilir.

Bu gün "artsax"da baş verənlər soyqırıma bənzəyir" 

Sıtat,info