Separatçılar Ağdam yolunu minaladı – Hərbi ekspert

Separatçılar Ağdam yolunu minaladı – Hərbi ekspert
Gündəm 30 Avqust 2023 12:16

Qarabağdakı erməni separatçılar Ağdam-Xankəndi yolunu minalayıb.

Sitat.info xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev Feysbuk hesabında yazıb.

O bildirib ki, separatçılar 18 iyul tarixində sözügedən yola minalar basıdırıblar.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım ötən gündən Ağdam-Xankəndi yoluna çatıb.