Prezidentin Laçındakı bu görüntüləri gündəm oldu - Video

Prezidentin Laçındakı bu görüntüləri gündəm oldu - Video
SİYASƏT 28 Avqust 2023 13:30

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın Laçın Şəhəri Günü bayram şənliklərində iştirak ediblər.

Sitat.info xəbər verir ki, onlar bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.

Diqqətçəkən məqam isə uşaqların sevinci olub. Belə ki, onlar Prezident və xanımını görən kimi, sevincək onların üzərinə qaçıblar.

Həmin görüntüləri təqdim edirik: