Bağdad aeroportuna raket zərbələri endirilib

Bağdad aeroportuna raket zərbələri endirilib
Gündəm 28 Yanvar 2022 12:54

Bağdad beynəlxalq hava limanına 6 raket zərbəsi endirilib.

APA xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı İraqın təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlərdən bir neçəsi uçuş-enmə zolağına və hava limanı binasının yaxınlığına düşüb.

İnsidentin detalları ilə bağlı araşdırmalar davam etdirilir.