Bayramov Labiblə Zəngəzur dəhlizindən danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Xədicə Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.
Sitat.info xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda X.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.
C.Bayramov Zəngəzur dəhlizinin də Şərq qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.