Azad Müəllimlər İctimai Birliyinin bullinq mövzusunda təlimləri başladı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi "Bullinqə qarşı mübarizədə məktəb - valideyn əməkdaşlığını stimullaşdıran maarifləndirici tədbirlərin təşkili" layihəsi çərçivəsində ilk təlim 21 avqust 2023 - cü ildə Zəngilan rayonu 4 nömrəli tam orta məktəbində keçrildi.
Təlim iştirakçılarını salamlayan Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbova həyata keçirilən "Bullinqə qarşı mübarizədə məktəb - valideyn əməkdaşlığını stimullaşdıran maarifləndirici tədbirlərin təşkili" layihəsi haqqında iştirakçılara geniş məlumat verdi.
Təlimi benəlxalq və respublika əhəmiyyətli sertifikatları olan Bakı şəhər 35 nömrəli məktəbin müəllimi və təşkilatımızın qabaqcıl təlimçisi Nushaba Mehtiyeva aparırdı.
Mövzu: Bullinq nədir? Bullinq sözünün mənşəyi. Azərbaycan dilində qarşılığı. Bullinqlə harada qarşılaşa bilərik? Bullinq yoxsa zarafat?
Təlim çox maraqlı və motivasiyaedici oldu.
Bir daha qeyd edək ki, təlimlər ödənişsizdir və 6 gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.