Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda...

Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda...
SİYASƏT 19 Avqust 2023 17:15

Türkiyənin gülləkeçirməz lövhələrinin Azərbaycanda da istehsalına başlanılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, İzmirdə yerləşən “Akıncılar Taktik Tekstil” şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Müqaviləyə əsasən, gülləkeçirməz lövhələr Azərbaycanda istehsal olunacaq.

Sözügedən Lövhələrin Azərbaycan ordusunda istifadəsi nəzərdə tutulub.