Ermənilər təxribata cəhd etdi: Ordumuz tədbir gördü

Ermənilər təxribata cəhd etdi: Ordumuz tədbir gördü
Gündəm 19 Avqust 2023 17:00

cv

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Sitat.info xəbər verir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.