Ukrayna Rusiyaya şərt qoydu: Yalnız bu halda anlaşa bilərik

Ukrayna Rusiyaya şərt qoydu: Yalnız bu halda anlaşa bilərik
SİYASƏT 29 Mart 2022 18:46

"Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”,

SİTAT.İNFO AZXEBER.COM-a istinadən xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim "Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.

O deyib ki, yalnız bu halda Ukrayna Rusiya ilə anlaşa bilər.