Qarabağı, Zəngəzuru təslim edək, sonra... - Badalyan

Qarabağı, Zəngəzuru təslim edək, sonra... - Badalyan
Gündəm 18 Avqust 2023 10:41

Azərbaycanın bütün platformalarda Ermənistana aşkar üstünlük qurması artıq erməni revanşistlərdə böyük ümidsizlik yaradır.

Sitat.info xəbər verir ki, erməni bloger Mikael Badalyan sosial şəbəkə hesabında Göyçə gölünün fotosunu paylaşıb.

“Razılaşın ki, bizim Sevan (Göyçə gölü – red.) möhtəşəmdir. Fotonu saxlayın, nə qədər ki onu bu şəkildə görə bilirik. Qarabağı təslim edək, daha sonra Zəngəzuru, ondan sonra isə Göyçəni…”, - o qeyd edib.