Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verdi

Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verdi
Gündəm 15 Avqust 2023 11:29

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Sitat.info xəbər verir ki, Ə.Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanlara şəfa diləyib.