Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı
HADİSƏ 15 Avqust 2023 11:14

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Sitat.info xəbər verir ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.