Güneydə ciddi kadr çatışmazlığı yarandı

Güneydə ciddi kadr çatışmazlığı yarandı
Gündəm 14 Avqust 2023 15:15

Şərqi Azərbaycan əyalətinin sənaye də daxil olmaqla bir sıra sahələrində kadr çatışmazlığı yaranıb.

Sitat.info xəbər verir ki, bu barədə Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə açıqlama verib.

O, hazırda sənaye və istehsalat sahəsində azı 3 min kadrın çatışmadığını söyləyib.

“Əyalətin mütəxəssisləri yaxşı gəlir əldə etmək üçün İraq və Pakistana mühacirət edirlər”.