İki azərbaycanlı Ukraynada həlak oldu

İki azərbaycanlı Ukraynada həlak oldu
Gündəm 14 Avqust 2023 14:59

Ukraynada gedən müharibədə əslən azərbaycanlı olan Orxan Mahir oğlu Əzizli və Ramiz Abuzər oğlu Qədirli həlak olublar.

Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan hər iki şəxsin Xerson istiqamətində gedən döyüşlər zamanı həlak olduqları bildirilir.

Həmyerlilərimizin cənazəsinin yaxın günlərdə doğulduqları kəndə gətirilməsi gözlənilir.

Allah rəhmət eləsin!