Ermənilər konsulluğumuzu mühasirəyə aldı - Video

Ermənilər konsulluğumuzu mühasirəyə aldı - Video
Gündəm 14 Avqust 2023 12:42

ABŞ-da yaşayan ermənilər Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılara dəstək məqsədilə Azərbaycan konsulluğunun binasını mühasirəyə alıblar.

Sitat.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Aksiya iştirakçıları “Laçın yolu”nun açılmasını tələb ediblər.

Qeyd edək ki, erməni lobbisi və Ermənistan hökuməti Qarabağdakı erməni icması üzərindən Azərbaycana qarşı böyük təbliğat kampaniyası aparır.