ABŞ Rusiya elitasına qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ Rusiya elitasına qarşı sanksiyalar siyahısını genişləndirir
Dünya 12 Avqust 2023 12:37

ABŞ Rusiyanın 4 tanınmış maliyyə elitasını və bir Rusiya biznes assosiasiyasını sanksiyalar siyahısına əlavə edib.

Sitat.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hədəf aldığı 4 nəfərin Rusiyanın ən böyük maliyyə və investisiya qurumlarından biri olan "Alfa Group" Konsorsiumunun müşahidə şurasında vəzifə yerinə yetirdiyi bildirilib.

Açıqlamada sözügedən şəxslərə daha əvvəl Avstraliya, Kanada, Avropa Birliyi, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən sanksiya tətbiq edildiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info