Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
Gündəm 10 Avqust 2023 12:39

Şəki rayonunun Baş Göynük kəndinin bələdiyyə sədri cəzalandırılıb.

Sitat.info xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. Bu səbəbdən kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub və baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.