Prezident Rusiyanın yeni səfirini qəbul etdi

Prezident Rusiyanın yeni səfirini qəbul etdi
SİYASƏT 10 Avqust 2023 09:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.