Putin Mirziyayevlə danışdı

Putin Mirziyayevlə danışdı
Gündəm 09 Avqust 2023 22:08

Rusiya Prezidenti Vladimir Putin və özbəkistanlı həmkarı Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, liderlər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə edib. Eyni zamanda, müxtəlif səviyyələrdə ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılığa gəlib

//Axtar.az