Lənkəranda daha bir nəfər dənizdə boğulub

Lənkəranda daha bir nəfər dənizdə boğulub
Gündəm 09 Avqust 2023 20:07

Lənkəran rayonunda bu gün daha bir nəfər dənizdə boğulub.

Sitat.info-nun   məlumatına görə, Lənkəran rayonunun Sütəmurdov kəndində, çimərlik ərazidə bir nəfər batmaq təhlükəsi ilə üzləşib. O, huşsuz vəziyyətdə sudan çıxarılıb. Təcili Tibbi Yardım briqadası tərəfindən ilkin zəruri tədbirlər görülüb. Lakin boğulan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılanda üzərində həyat əlaməti olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Boğulan yeniyetmənin Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü Nurlan Əlafat oğlu Əmirov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dünən eyni ərazidə 5 nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan 2-si dünyasını dəyişib, 3-ü xilas olunub

//Report