Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı
Gündəm 09 Avqust 2023 15:16

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği təsdiq edilib.

Sitat.info  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xidmət haqqının məbləği aşağıdakı kimidir:

Sıra №-si

Xidmətin adı

Xidmət haqqının məbləğı

(manatla, ƏDV daxil)

1.İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün).   1,49

2.İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün).      1,68

3.Hərəkət marşrutunun müəyyən olunması      30