Müharibə iştirakçısı Rusiyada faciəvi şəkildə öldü

Müharibə iştirakçısı Rusiyada faciəvi şəkildə öldü
Gündəm 08 Avqust 2023 14:59

İkinci Qarabağ müharibəsinin iştirakçısı Elgün Xəyal oğlu Xəlilov göldə boğulub.

Sitat.info xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində baş verib.

Elgün Xəlilov şəhərin Kuzminka rayonunda yerləşən göldə boğularaq dünyasını dəyişib.

22 yaşlı Elgün Lənkəran rayonunun Xolmili kəndindədir. O, Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə təltif edilib.