Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə etdilər

Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə etdilər
SİYASƏT 28 Mart 2022 09:37

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə edilib.

“Martın 27-də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Danışıq zamanı Ukraynadakı cari hadisələr müzakirə olunub", - deyə Türkiyə XİN-in məlumatında bildirilir.