Ermənilərə məxsus növbəti kvadrokopter ələ keçirildi

Ermənilərə məxsus növbəti kvadrokopter ələ keçirildi
Gündəm 07 Avqust 2023 15:15

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Sitat.info xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.