Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi

Paşinyan daha bir məmuru vəzifəsindən azad etdi
Gündəm 05 Avqust 2023 16:00

Ermənistanın Penitensiar Xidmətin rəisi Sergey Atovyan tutduğu vəzifəsindən azad edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, S.Atovyan 2019-2021-ci illərdə Ermənistan parlamentinin deputatı olub. Daha əvvəl isə o, qısa müddətə Ararat vilayəti qubernatorunun müavini vəzifəsində çalışıb.

Atovyan Ermənistan Baş nazirinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə ölkənin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.