Hakim olmaq istəyənlər imtahan verdi

Hakim olmaq istəyənlər imtahan verdi
TƏHSİL 04 Avqust 2023 18:16

 

Dövlət İmtahan Mərkəzin (DİM) hakimliyə namizədlər üçün imtahan keçirib.

Bu barədə Sitat.info-ya qurumdan məlumat verilib.

Yazılı imtahanın test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.