Çavuşoğlu: “Ümid edirik görüşlər Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq“

Çavuşoğlu: “Ümid edirik görüşlər Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq“
Dünya 28 Mart 2022 07:00

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü nəticəsində Rusiya-Ukrayna nümayəndə heyətləri Türkiyədə görüşəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Baş diplomat tərəflərin Türkiyəyə göstərdiyi etimadın doğurduğu məsuliyyətinin fərqində olduğunu vurğulayıb: “Ümid edirik ki, görüşlər daimi atəşkəsə nail olmaqla nəticələnəcək və sülhə gətirib çıxaracaq”.