İranda iki sənətçi həbs edildi

İranda iki sənətçi həbs edildi
Gündəm 03 Avqust 2023 16:48

İranın Xuzistan əyalətində tənqidçi Şakir Buri, Qorqan şəhərində isə şair-yazıçı Həbib Musəvi həbs ediliblər.

 Sitat.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Saxlanılanların hər ikisi hökuməti tənqid etdiklərinə və sosial mediadakı paylaşımlarına görə həbs olunub.

Sənətçilər SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həbs zamanı onların evində axtarış aparılıb və şəxsi əşyaları müsadirə olunub.